Təhsil naziri məktəbdaxili qiymətləndirmədən danışdı
0
0
“Məktəbdaxili qiymətləndirməni həyata keçirmək üçün işçi qrupunun yaradılması zəruridir”. Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bunu nazirlikdə “Məktəbdaxili qiymətləndirmə: problemlər və qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirədə təhsil naziri Misir Mərdanov bildirib. Nazir vurğulayıb ki, Azərbaycanın ümumtəhsil məktəblərində artıq 5-ci ildir ki, tədrisin yeni fənn kurikulumları üzrə aparılır. “Yeni fənn kurikulumlarının tətbiqində məktəbdaxili qiymətləndirmə çox önəmlidir” - deyə, M. Mərdanov əlavə edib.
Təhsil naziri onu da vurğulayıb ki, kurikulum islahatının uğurla davam etdirilməsi bu qiymətləndirmənin müvafiq qaydalara uyğun olaraq aparılması ilə sıx bağlıdır.
Təhsil naziri onu da vurğulayıb ki, kurikulum islahatının uğurla davam etdirilməsi bu qiymətləndirmənin müvafiq qaydalara uyğun olaraq aparılması ilə sıx bağlıdır.
0
0