Norveçin Petrad Dövlət Fondunun direktoru Bakı Ali Neft Məktəbində olub
Norveçin Petrad Dövlət Fondunun direktoru Oystein Berg, Stavanger Universitetinin professoru Ove Tobias Gudmestad və “Statoil-Azərbaycan” şirkətinin nümayəndələri Şahpur Sotudehmaneş və Sevil Əliyeva Bakı Ali Neft Məktəbində olublar. Ali məktəbin ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, qonaqlar burada yaradılan maddi-texniki şərait və tədris prosesi ilə yaxından tanış olublar.
Qonaqları qəbul edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Dövlət Neft Şirkətinin son illər keçdiyi inkişaf yolundan danışıb, şirkətin Azərbaycanda və ölkədən kənarda həyata keçirdiyi layihələr barədə, həmçinin rəhbərlik etdiyi ali məktəb barədə ətraflı söz açıb: “Bakı Ali Neft Məktəbinin yaradılmasında əsas məqsəd Azərbaycanda beynəlxalq standartlara uyğun, ən müasir tədris planları və texnologiyaları əsasında qurulan təhsil prosesini təşkil etməkdir”.
Görüş çərçivəsində “Statoli-Azərbaycan” Şirkəti və Bakı Ali Neft Məktəbi arasında “Neft-qaz mühəndisliyi” və “Kimya muhəndisliyi” ixtisasları üzrə tədris fənlərinə aid ingilis dilində ədəbiyyat təminatı, hər ixtisas üzrə gələcəkdə iki tələbənin müəllim kimi Bakı Ali Neft Məktəbində işləməsi şərti ilə Norveç universitetlərində doktoranturaya (PHD) göndərilməsi və Statoil Şirkətinin Azərbaycanda fəaliyyət göstərən və xaricdən gələn müxtəlif mütəxəssislərinin BANM tələbələri qarşısında məruzələrlə çıxış etmələri haqqında razılıq əldə olunub. Sonda Petrad Dövlət Fondunun direktoru dərc olunan kitabı və Stavanger Universitetinin professoru Ove Tobias Gudmestad müəllifi olduğu iki kitabını Bakı Ali Neft Məktəbinin rektoruna təqdim ediblər.

Oxşar yazılar

Bu il 41 bağça müdiri işdən çıxarılıb
30 iyul 2025 , 15:35
İstilik təchizatının qiyməti qalxdı
30 iyul 2025 , 14:55
Peşə məktəblərindəki boşluqlar: Bəlli olmayan ünvan, qaranlıq ixtisas seçimi və...
30 iyul 2025 , 14:18
Sabah əsl çimərlik havası olacaq - PROQNOZ
30 iyul 2025 , 13:48
İsti hava və günəş dərmanlarınızın təsirini necə dəyişir?
30 iyul 2025 , 13:19
Sabah 40 dərəcədən çox isti olacaq - hava PROQNOZU
30 iyul 2025 , 12:20
Daha 46 nəfərin diplomu tanınmadı
30 iyul 2025 , 11:40