Sel və torpaq sürüşməsi nəticəsində dağılan evlərin yerində yeniləri tikiləcək
24 dekabr 2009 18:20 (UTC +04:00)

Sel və torpaq sürüşməsi nəticəsində dağılan evlərin yerində yeniləri tikiləcək

0
Azərbaycanın rayonlarında sel və torpaq sürüşməsi nəticəsində ciddi zərər çəkmiş, dağılmış evlərin yerində yeniləri tikiləcək.


APA-nın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdiriyyətinin baş müfəttişi Qurban Qurbanov bildirib.


Q. Qurbanovun sözlərinə görə, artıq bir sıra rayonlarda cari ildə sel, daşqın və torpaq sürüşməsindən zərər çəkmiş sakinlər üçün yeni evlərin tikintisinə başlanıb. Fövqəladə Hallar Nazirliyi tərəfindən dövlət büdcəsindən ayrılmış vəsait hesabına Xaçmaz rayonunda 48, Masallıda 57, Şirvan şəhərində 3, Şamaxıda 2, Qaxda 5, Qubada 2, Qusarda 2 və Hacıqabul rayonunda 67 ev tikiləcək.

Hazırda adıçəkilən rayonlarda işlərə başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 798

Oxşar yazılar