Elmin İnkişafı Fonduna 194 layihə verilib
Prezident yanında Elmin İnkişafı Fondunun elan etdiyi qrant müsabiqəsinə layihə qəbulu başa çatıb.
Müsabiqəyə gözləniləndən 2 dəfə çox - 194 layihə təqdim olunub. Layihələrin əksəriyyəti fundamental və tətbiqi xarakterlidir. Fondun icraçı direktoru Elçin Babayev “İctimai TV”-yə açıqlamasında bildirib ki, layihələr elmin ən müxtəlif istiqamətini əhatə edir. Onun sözlərinə görə, layihələr daha çox fizika-riyaziyyat, texnika elmləri, biologiya, tibb, aqrar elmlər və humanitar-elmlər sahələrinə aiddir. Yer elmləri və kimya sahəsinə aid olan layihələr isə nisbətən azdır: “Bizim üçün əsas meyar daxil olmuş layihələrin elmi tutumu, onların yüksək dərəcədə tərtib olunması və keyfiyyətidir”.
İcraçı direktor onu da deyib ki, iqtisadi tutumu layihələrin əksəriyyəti fundamental tətbiqi və axtarış-innovasiya xarakterlidir. Onun sözlərinə görə, bu layihələr arasında xüsusi maraq doğuranları da var. Elçin Babayev buna misal olaraq innovasiya sisteminin yaradılması və təkmilləşdirilməsi, Azad İqtisadi Rayonlar, qeyri-dövlət pensiya sisteminin Azərbaycanda tətbiqi ilə bağlı layihələri qeyd edib.
Maraqlıdır ki, fonda təqdim olunan layihələr arasında əkində istifadə olunan kotanın təkmilləşdirilməsi, musiqi alətlərindən istifadə etməklə eyni nümunənin hazırlanması təkliflərinə də rast gəlinir. Bu layihələrin müəllifləri arasında Milli Elmlər Akademiyası ilə yanaşı müxtəlif universitetlərin və institutların əməkdaşları var.
Fonda təqdim olunan layihələrin müəlliflərinin bölgələr üzrə təmsilçiliyi də diqqət çəkir. Belə ki, layihələr arasında Gəncə, Naxçıvan, Şəki və Lənkərandan olan müraciətlər daha çoxdur. Maliyyə tutumuna görə ən böyük layihənin reallaşdırılmasına 3 milyon, ən kiçiyinə isə 9 min manat tələb olunur.
Elçin Babayev deyib ki, birinci qrant müsabiqəsi üçün 6,1 milyon manat nəzərdə tutulur. Ancaq fonda daxil olan layihələr üzrə istənilən vəsait bundan 29 milyon manat və ya 4,8 dəfə çoxdur. Bu səbəbdən də layihələr arasında ən yaxşıları seçiləcək. Onun sözlərinə görə, hazırda layihələr texniki ekspertizadan keçirilir. Bu mərhələdən keçən layihələr kodlaşdırılaraq yerli və xarici ekspertlərdən ibarət işçi qrupa təqdim olunacaq. Noyabrda isə müsabiqədə qalib gəlmiş layihələr elan ediləcək.

Oxşar yazılar

Vanqadan 2026-cı il üçün qorxulu PROQNOZ: çətin ki, kimsə bəyənsin
23 avqust 2025 , 20:15
Bu 3 BÜRCÜN həyatı tezliklə dəyişəcək: kim daha şanslı olacaq
23 avqust 2025 , 18:58
Sabah hava meteohəssas insanlar üçün necə olacaq?
23 avqust 2025 , 18:39
İstənilən ayın bu günlərində doğulanları sevindirən XƏBƏR: maliyyə uğuruna məhkumsunuz
23 avqust 2025 , 17:53
Heç kimin təxmin etmədiyi milyarderlərin şok şıltaqlıqları
23 avqust 2025 , 16:40
Ombudsmandan uşaqlarla bağlı paylaşım edənlərə MÜRACİƏT
23 avqust 2025 , 16:22
Bazar günü çimərliklərdə HAVA
23 avqust 2025 , 15:10