5 rayonda meşə fondu torpaqları korlanıb
27 dekabr 2010 14:04 (UTC +04:00)

5 rayonda meşə fondu torpaqları korlanıb

0
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq və Ətraf Mühitin Mühafizəsi Departamentlərinin əməkdaşları tərəfindən Respublika ərazisində torpaq ehtiyatlarının qorunub mühafizə olunması məqsədilə növbəti monitorinq-araşdırma aparılıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, monitorinq-araşdırma zamanı Kür çayının sahilboyu ərazilərində Sabirabad, Saatlı, Kürdəmir, İmişli, Salyan rayonlarında meşə fondu torpaqlarının korlanması faktları aşkar olunub.


Müəyyən olunub ki, torpağın üst münbit qatı məhv edilib, ətraf mühitə 7 milyon 832 min 440 manat məbləğində ziyan dəyib. Təbiətə dəymiş ziyanın ödənilməsinin təmin edilməsi məqsədilə müvafiq tədbirlər görülür.


Monitorinq-araşdırmalar davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 653

Oxşar yazılar