100 tələbəyə “Heydər Əliyev adına təqaüd” veriləcək
24 iyun 2023 15:22 (UTC +04:00)

100 tələbəyə “Heydər Əliyev adına təqaüd” veriləcək

0

“Heydər Əliyev adına təqaüd” təsis edilib.

Lent.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanın ali təhsil müəssisələrində ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani formada təhsil alan, təhsildə yüksək nailiyyətləri olan 100 nəfər tələbə üçün “Heydər Əliyev adına təqaüd” təsis edilib.

Bu sərəncamın 1-ci hissəsi ilə təsis edilən təqaüd  Elm və Təhsil Nazirliyi tərəfindən Azərbaycan dövlət büdcəsinin vəsaiti hesabına 3000 manat məbləğində birdəfəlik veriləcək.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2695

Oxşar yazılar