111 yaşı var, dünyanın  ən yaşlı kişisi   kimi tanındı - VİDEO
07 aprel 2024 16:22 (UTC +04:00)

111 yaşı var, dünyanın ən yaşlı kişisi kimi tanındı - VİDEO

Britaniyadakı qocalar evinin 111 yaşlı sakini rəsmi olaraq Ginnesin Rekordlar Kitabı tərəfindən dünyada ən yaşlı kişi kimi tanınıb.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, Ginnesin Rekordlar Kitabı İngiltərənin Soutport şəhərindən olan Con Alfred Tinnisvudun 114 yaşlı venesuelalı Xuan Visente Peresin ölümündən sonra bu ada layiq görüldüyünü və rəsmilər planetin ikinci ən yaşlı insanının, bundan əvvəl 112 yaşlı yapon olduğunu təsdiqləyib. Qisaburo Sonobe, martın 31-də vəfat edib.

1912-ci il avqustun 26-da anadan olan Tinnisvudd hələ də yataqdan özü qalxır, maliyyəsini özü idarə edir və xəbərlərdən xəbərdar olmaq üçün hər gün radio dinləyir.

O, uzunömürlülüyünü “təmiz şans”la əlaqələndirir.

Tinnisvudun sözlərinə görə, o, heç bir xüsusi pəhriz saxlamır, lakin sağlamlığın qorunmasında əsas şeyin əzmkarlıq olduğuna inanır.

Tinnisvudun bir qızı, dörd nəvəsi və üç nəticəsi var.

Dünyanın ən yaşlı qadını və ən yaşlı insanı titullarının sahibi, İspaniya sakini Mariya Brnyas Morera mart ayında 117 yaşını qeyd edib.
 

# 2163
avatar

Oxşar yazılar

Qış gözlənilmədən qayıtdı:  Güclü qar yağdı

Qış gözlənilmədən qayıtdı: Güclü qar yağdı

3 may 2024 , 14:57
COP29.az  vebsaytı istifadəyə verildi

COP29.az vebsaytı istifadəyə verildi

3 may 2024 , 14:22
Meteohəssas insanlar üçün  PROQNOZ

Meteohəssas insanlar üçün PROQNOZ

3 may 2024 , 14:02
Sosial yardımının təyin edilməsi zamanı hansı gəlirlər çıxılır? - CAVAB

Sosial yardımının təyin edilməsi zamanı hansı gəlirlər çıxılır? - CAVAB

3 may 2024 , 13:06
 Leysan, dolu, sulu qar   - Sabahın HAVASI

Leysan, dolu, sulu qar - Sabahın HAVASI

3 may 2024 , 12:27
Xüsusi şərtlərlə əmək pensiyası alanların SAYI

Xüsusi şərtlərlə əmək pensiyası alanların SAYI

3 may 2024 , 11:16
İçərişəhərə GİRİŞ BAĞLANIR

İçərişəhərə GİRİŞ BAĞLANIR

3 may 2024 , 11:05
Sertifikasiya imtahanlarının VAXTI AÇIQLANDI

Sertifikasiya imtahanlarının VAXTI AÇIQLANDI

3 may 2024 , 10:55