20 Yanvar dairəsi istiqamətində hərəkət tam məhdudlaşır
02 iyun 2023 15:53 (UTC +04:00)

20 Yanvar dairəsi istiqamətində hərəkət tam məhdudlaşır

20 Yanvar dairəsi istiqamətində hərəkət məhdudlaşacaq.

Bu barədə Lent.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, iyunun 4-ü saat 9-dan 15:00-dək Nəsimi rayonunun  Alı Mustafayev küçəsində (20 Yanvar dairəsi istiqamətində, tunelin çıxışında) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Sürücülərdən qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur.

# 2586
avatar

Oxşar yazılar