“91-lər”in  tanınmış üzvü vəfat etdi
18 mart 2024 12:54 (UTC +04:00)

“91-lər”in tanınmış üzvü vəfat etdi

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasının nəzdində fəaliyyət göstərən İslamşünaslıq elmi-tədqiqat mərkəzinin direktoru, professor Əsədulla Qurbanov vəfat edib.

Universitetdən Lent.az-a verilən xəbərə görə, Əsədulla Qurbanov 1936-cı ildə Balakən rayonunun Katex kəndində anadan olub. 1954-cü ildə Katex kənd orta məktəbini bitirib. 1961-ci ildə BDU-nun Şərqşünaslıq fakultəsinə daxil olub.

O, 1976-cı ildə fəlsəfə elmləri namizədi, 1978-ci ildə dosent, 1992-ci ildə fəlsəfə elmləri doktoru, 2002-ci ildə professor elmi adlarını qazanıb.

Görkəmli alim, tanınmış ictimai-siyasi xadim Əsədulla Qurbanovun tədqiqat sahəsi Azərbaycanda islamşünaslığın konsepsiyası olub.

O, 1957-1973-cü illərdə Azərbaycan SSR Mədəniyyət Nazirliyində məsul əməkdaş işləyib. 1973–1978-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda elmi işçi, 1978-1984-cü illərdə isə Azərbaycan Dövlət və İncəsənət Universitetində dosent işləyib. 1984-cü ildən indiyədək BDU-da əvvəlcə dosent, sonra isə professor vəzifələrində çalışıb. 5 monoqrafiya, 10 kitabın müəllifi idi. Onun rəhbərliyi ilə 10 elmlər namizədi, 3 elmlər doktoru yetişib.

Əsədulla Qurbanov “91-lər”in tanınmış nümayəndələrindən idi.

Allah rəhmət eləsin!

# 4962
avatar

Oxşar yazılar

Evlənmək üçün kişinin  şəxsi evi olmalıdır? – Əcaib CAVABLAR

Evlənmək üçün kişinin şəxsi evi olmalıdır? – Əcaib CAVABLAR

10 may 2024 , 12:53
Sabah  leysan yağacaq   - HAVA PROQNOZU

Sabah leysan yağacaq - HAVA PROQNOZU

10 may 2024 , 12:36
Sürücülərin NƏZƏRİNƏ:  əsas küçələrdən biri bağlıdır

Sürücülərin NƏZƏRİNƏ: əsas küçələrdən biri bağlıdır

10 may 2024 , 12:18
Bu gün iki rayon qazsız qalacaq

Bu gün iki rayon qazsız qalacaq

10 may 2024 , 10:10
Sabah bu yollar bağlı olacaq

Sabah bu yollar bağlı olacaq

9 may 2024 , 12:21
Sabah 25 dərəcə  isti olacaq

Sabah 25 dərəcə isti olacaq

9 may 2024 , 12:03
Mayın 9-nun  ən xoşbəxt   BÜRCÜ: Sizin üçün əsl QƏLƏBƏ günü  olacaq

Mayın 9-nun ən xoşbəxt BÜRCÜ: Sizin üçün əsl QƏLƏBƏ günü olacaq

9 may 2024 , 11:50
Leysan və sulu qar yağıb - FAKTİKİ HAVA

Leysan və sulu qar yağıb - FAKTİKİ HAVA

9 may 2024 , 10:54