Ekologiya və Təbii Sərvətlər Nazirliyi martın 10-a olan hava proqnozunu açıqlayıb.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.
Abşeron yarımadasında gecə 4-7 dərəcə isti, gündüz 10-15 dərəcə isti olacaq. Bakıda isə gecə 5-7 dərəcə isti, gündüz 13-15 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 faiz, gündüz 45-55 faiz olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman oalcağı gözlənilir. Cənub küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperatur gecə 3-8 dərəcə isti, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 10-15 dərəcə isti olacaq