Zakir Həsənov düşmənlə üzbəüz mövqelər üçün tapşırıqlar verdi - FOTO - VİDEO
04 mart 2020 09:34 (UTC +04:00)

Zakir Həsənov düşmənlə üzbəüz mövqelər üçün tapşırıqlar verdi - FOTO - VİDEO

0

Genişmiqyaslı komanda-qərargah təlimləri çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti yaradılmasının ildönümü qeyd edilən cəbhəboyu zonada yerləşən hərbi hissələrdən birinin ön xətt bölmələrində olublar.

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, bölmələrin döyüşə hazırlıq səviyyəsini yoxlayan nazir Ermənistan silahlı qüvvələrinin üzbəüz yerləşən mövqelərini müşahidə edib və müvafiq tapşırıqlar verib.

Sonda ön xətdə döyüş növbəsi çəkən hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim edilib və onlarla çay süfrəsi arxasında  söhbət aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1753

Oxşar yazılar