ATU ilə ÜST-nin Azərbaycan nümayəndəliyi arasında memorandum imzalanıb
26 may 2023 18:02 (UTC +04:00)

ATU ilə ÜST-nin Azərbaycan nümayəndəliyi arasında memorandum imzalanıb

Bu gün Azərbaycan Tibb Universiteti ilə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyi arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Universitetdən Lent.az-a verilən xəbərə görə, sazişdə təcrübə mübadiləsinin genişləndirilməsi, tələbə və həkimlərin təlimlərə cəlb edilməsi, ümumilikdə milli səhiyyənin potensialının artırılması istiqamətində bir sıra layihələrin icrası nəzərdə tutulub.

İmzalanma mərasimində çıxış edən Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli, Ümumdünya Səhiyyə Təşkilatın qarşıdan gələn 75 illik yubileyi münasibətilə təbrik edərək ölkəmizin bu nüfuzlu təşkilatla əməkdaşlığa böyük önəm verdiyini bildirib. ÜST ilə birlikdə ölkəmizin müxtəlif infeksion və qeyri-infeksion xəstəliklərlə mübarizədə, “COVİD-19” pandemiyası ilə mübarizə çərçivəsində çoxsaylı birgə layihələrin icra olunduğunu xatırladan rektor G.Gəraybəyli tibbi təhsilin inkişafı sahəsində də ATU ilə ÜST arasında əməkdaşlığın genişlənməsinin tərəfdarı kimi çıxış edib.

Öz növbəsində Ümumdünya Səhiyyə Təşkilatının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Hande Harmancı ÜST-nin Azərbaycanda həyata keçirdiyi layihələr haqqında məlumat verib. Onun sözlərinə görə, ATU tibb təhsili müəssisəsi kimi Ümumdünya Səhiyyə Təşkilatı ilə qarşılıqlı əlaqədə çalışır. Hande Harmancı memorandumun imzalanmasından sonra bu əməkdaşlığın daha da güclənəcəyinə, qurumların birgə maraqlı və faydalı layihələrə imza atacağına inandığını vurğulayıb.

Sonda hər iki qurumun rəhbərləri tərəfindən əməkdaşlıq memorandumu imzalanıb.

# 1701
avatar

Oxşar yazılar

Bakıda 20 dərəcə isti var – FAKTİKİ HAVA

Bakıda 20 dərəcə isti var – FAKTİKİ HAVA

5 may 2024 , 09:28
Bu gün ölkədə bəzi İMTAHANLAR KEÇİRİLƏCƏK

Bu gün ölkədə bəzi İMTAHANLAR KEÇİRİLƏCƏK

5 may 2024 , 08:07
Bu gün 21-ci əsrin ən güclü meteor yağışı  olacaq – hamı görə biləcək

Bu gün 21-ci əsrin ən güclü meteor yağışı olacaq – hamı görə biləcək

5 may 2024 , 00:15
Cavanşir körpüsündə REAL TƏHLÜKƏ:   sökülə bilər

Cavanşir körpüsündə REAL TƏHLÜKƏ: sökülə bilər

4 may 2024 , 23:00
Bölgələrə yağış və sulu qar  yağıb - FAKTİKİ HAVA

Bölgələrə yağış və sulu qar yağıb - FAKTİKİ HAVA

4 may 2024 , 18:00
Sabah bu yollar tam BAĞLANACAQ

Sabah bu yollar tam BAĞLANACAQ

4 may 2024 , 15:05
Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

4 may 2024 , 12:46
Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

4 may 2024 , 11:10