Azərbaycanda 17 jurnalist "OMİCRON"  a yoluxdu
03 fevral 2022 16:52 (UTC +04:00)

Azərbaycanda 17 jurnalist "OMİCRON" a yoluxdu

"2021-ci ilin sonuna olan statistikaya görə, 405 jurnalist koronavirusa yoluxub". 

Bu sözləri Lent.az-a açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyib.

O bildirib ki, onlardan 288 nəfəri 2020-ci ildə yoluxanlardır:

“217 nəfəri isə 2021-ci ildə yoluxub. İndiyə qədər 16 nəfər jurnalist koronavirusdan vəfat edib. Onlardan 8-i 2020-ci ildə, 8-i isə 2021-ci ildə dünyasını dəyişib. 

2022-ci ildə jurnalistlər arasında COVID-dən ölüm faktı qeydə alınmayıb. Yeni ştammla bağlı vəziyyətə gəldikdə deyə bilərəm ki, hazırda 17 jurnalist “omicron”a yoluxub. Daha 10 nəfərin isə test cavabları hələlik çıxmayıb. Qeyd etmək istəyirəm ki, biz yalnız öz xəstəliyini ictimailəşdirən şəxsləri siyahıya ala bilirik”. 
 

# 2826
avatar

Aytəkin Cəlali

Oxşar yazılar