Azərbaycanda orqanlarını satmaq istəyənləri  nə qədər cəza gözləyir? - AÇIQLAMA
26 iyun 2025 16:17 (UTC +04:00)

Azərbaycanda orqanlarını satmaq istəyənləri nə qədər cəza gözləyir? - AÇIQLAMA

Sosial şəbəkələrdə bir neçə şəxs imkansızlıq səbəbindən orqanlarını satmaq istəyir. 

Lent.az-ın xəbərinə görə, övladlarının maddi tələbatlarını qarşılaya bilməyən bir qadın qadın sosial şəbəkə qruplarınım birində orqanlarını pul müqabilində satmaq istədiklərini, bunun üçün hansı quruma, hansı sənədlərlə müraciət edə biləcəyi barədə yazıb. 

Həmin paylaşıma rəy yazan başqa bir xanım da, "bu məsələ mənə də maraqlıdır. Rəsmi formada orqanlarımı necə sata bilərəm?",-deyə qeyd edib. 

Bəs görəsən şəxsin razılığı ilə orqan satışı Azərbaycanda varmı? Bunu qanuni şəkildə həll etmək olarmı?

Lent.az-a danışan hüquqşünas Şamil Paşayev bildirib ki, qeyri-qanuni yolla və ya maddi maraq qarşılığında orqan köçürülməsi Cinayət Məcəlləsinə əsasən hüquqi məsuliyyət yaradır:

"Azərbaycanda orqan transplantasiyası və orqan köçürülməsi prosesi yalnız Azərbaycan Respublikasının qanunvericiliyinə və Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş müvafiq qaydalara əsasən həyata keçirilə bilər.

Bu məqsədlə, orqan transplantasiyası üçün xüsusi olaraq müəyyən edilmiş xəstəxana və klinikalar fəaliyyət göstərir. Klinika və xəstəxanalardan kənarda, yəni qeyri-qanuni yolla və ya maddi maraq qarşılığında orqan köçürülməsi Cinayət Məcəlləsinə əsasən hüquqi məsuliyyət yaradır. Qanunsuz orqan alveri, bədən üzvlərinin satışı və şəxsi transplantasiyaya məcbur etmə hallarında şəxslər 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırıla bilərlər.

Orqan köçürülməsi yalnız donor şəxsin yazılı razılığı ilə və beyin ölümü faktı təsdiq olunduqdan sonra mümkündür. Bu proses artıq təxminən 3 ildir ki, Səhiyyə Nazirliyinin nəzdində yaradılmış Koordinasiya Mərkəzi tərəfindən vahid sistem üzrə idarə olunur",-deyə hüquqşünas vurğulayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 638

Oxşar yazılar