Bakıda DƏHŞƏT : Adına xeyli pul yığılan uşağa işgəncə verilir? -VİDEO
19 dekabr 2022 13:10 (UTC +04:00)

Bakıda DƏHŞƏT: Adına xeyli pul yığılan uşağa işgəncə verilir? -VİDEO

Son günlər paytaxtın Sabunçu rayonunda yerləşən azyaşlıların işgəncələrə məruz qaldığı iddia olunan "Sevgi evi" Qadın və Uşaq sığınacağından yeni videogörüntülər yayılmağa başlayıb.

Lent.az xəbər verir ki, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sözügedən sığınacaqda azyaşlıya psixi və fiziki zorakılıq göstərildiyini, həmin uşağın adından istifadə edərək insanlardan pul yığıldığını iddia edir.

Məsələ ilə bağlı “Sevgi evi" Qadın və Uşaq sığınacağı ilə əlaqə saxlamağa çalışdıq. 

Sığınacaqda çalışan qadın kobudcasına müəssisənin sahibi Könül Qasımovanın hazırda orada olmadığını bildirdi.

Məsələnin daha dəqiq təfərrüatını öyrənmək üçün Sabunçu Rayon bələdiyyəsinə müraciət etdikdə isə nümayəndə belə bir sığınacağın varlığından bixəbər olduğunu dedi.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Lent.az-a bildirib ki, həmin məsələ ilə bağlı polis və prokurorluq orqanlarında araşdırılma aparılıb:

“Aparılmış araşdırma ilə toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Hazırda həmin material məhkəmə icraatındadır”.

Eyni zamanda, bu ilin may ayında da həmin sığınacaqda monitorinq aparılıb. Monitorinq zamanı uşaqlara işgəncə verilməsi faktları üzə çıxıb. Hadisə ilə əlaqədar prokurorluq tərəfindən cinayət işi açılıb. 

Aparılan araşdırmalarla qeyd edilən sığınacaqda 2022-ci ilin fevral ayının sonundan may ayının əvvəlinə qədər saxlanılan Cəmilə Məmmədovanın (ad, soyadı şərti) sığınacaqda qaldığı müddətdə müxtəlif psixi və fiziki zorakılığa məruz qaldığı, həmçinin onun sığınacaqdakı digər azyaşlılara da psixi və fiziki zorakılıq göstərilməsinə şahid olduğu müəyyən edilib. 

Eyni zamanda sığınacaqda saxlanılan digər iki nəfər azyaşlının bədəni üzərində orada saxlandıqları tarixlərə yetirilməyə uyğun gələn xəsarət izləri aşkarlanıb.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 309.1 (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 133.2.1 (iki və ya daha çox şəxsə qarşı əzab vermə) və 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə) maddələri ilə cinayət işi başlanılıb. 

Sığınacağın fəaliyyətinə məhdudiyyət qoyulsa da, təəssüflər olsun ki, qısa müddətdən sonra sığınacaq fəaliyyətini yenidən bərpa edib.

Hazırda istintaq davam edir.

Təəssüf doğuran məqam odur ki, ölkənin iki uşaq müdafiəçisi azyaşlının üzünü sosial şəbəkələrdə açıq-aşkar paylaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4997

Oxşar yazılar

Tələbələrin kirayə mənzil KABUSU:  Evlər bu ayda daha ucuz olacaq

Tələbələrin kirayə mənzil KABUSU: Evlər bu ayda daha ucuz olacaq

19 iyun 2025 , 10:56
Müəllimlərin maaşı artıb

Müəllimlərin maaşı artıb

19 iyun 2025 , 10:47
Azərbaycanın 6 universiteti TOP 1000 SIRASINDA

Azərbaycanın 6 universiteti TOP 1000 SIRASINDA

19 iyun 2025 , 10:38
Azərbaycanın itkin-şəhidi  dəfn olunacaq

Azərbaycanın itkin-şəhidi dəfn olunacaq

19 iyun 2025 , 09:45
2025-ci ilin yayında heyrətamiz uğur  qazanacaq BÜRCLƏR

2025-ci ilin yayında heyrətamiz uğur qazanacaq BÜRCLƏR

19 iyun 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

19 iyun 2025 , 08:21
Dörd BÜRCƏ dözümlülük  ÇAĞIRIŞI: Elə çətinliklər olacaq ki...

Dörd BÜRCƏ dözümlülük ÇAĞIRIŞI: Elə çətinliklər olacaq ki...

19 iyun 2025 , 00:02
Bu şəhərə yay qarı  yağdı

Bu şəhərə yay qarı yağdı

18 iyun 2025 , 22:51