İsmayılov Əli Vaqif oğlu
25 mart 2021 19:20 (UTC +04:00)

İsmayılov Əli Vaqif oğlu

Bir ay əvvəl xəsarət almış hərbçimiz vəfat etdi - FOTOLAR

Ağdam rayonu ərazisində yerləşən hərbi hissələrdən birində fevralın 27-də təhlükəsizlik qaydalarının pozulması nəticəsində xəsarət alan və bir aya yaxındır Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alan hərbi qulluqçumuz İsmayılov Əli Vaqif oğlu martın 25-də vəfat edib.

Bu barədə Lent.az-a  Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun yaxınları və əzizlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!

İsmayılov Əli Vaqif oğlu

İsmayılov Əli Vaqif oğlu

İsmayılov Əli Vaqif oğlunun dəfn mərasimi

# 3564
avatar

Oxşar yazılar