Simeone kameralardan qaçdı  və... Argentinanın inanılmaz geri dönüşünü  belə yaşadı  -  FOTOLENT
08 iyul 2026 18:43 (UTC +04:00)

Simeone kameralardan qaçdı və... Argentinanın inanılmaz geri dönüşünü belə yaşadı  - FOTOLENT

0

Dünya çempionatının 1/8 final mərhələsində Argentina, Hossam Həsənin yetirmələrinin 79-cu dəqiqəyə qədər iki qol fərqi ilə üstünlüyünü qorumasına baxmayaraq, Misiri 3-2 hesabı ilə məğlub etməyi bacarıb. 

Lent.az-ın xəbərinə görə, “Atletiko”nun baş məşqçisi Dieqo Simeone Arfentinanın geri dönüşünü tribunadan izləyib.

O, dərhal yayım direktorunun sevimlisinə çevrilib: operatorlar “Atletiko”nun baş məqşçisinin hər bir emosiyasını lentə alıblar.

İlk qolun buraxılmasından sonra gərginlik.

Misirin 2:0 hesabı ilə irəli çıxması zamanı viranəlik.

Dieqo özünü yenidən stadiondakı kameraların ekranlarında görəndə gizlənməli olub.

Argentina hesabı bərabərləşdirib, Simeone isə ailəsi ilə birlikdə qeyd edib.

Əlbəttə ki, Dieqo ilk növbədə oğlunu dəstəkləmək üçün gəlib. Məşqçi Argentinanın Kabo-Verde ilə oyununda da iştirak edib. Culiano pley-offda Skalonidən şans qazana bilməyib, oğul Simeone hər iki görüşü ehtiyat oyunçular arasında keçirib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 246

Oxşar yazılar