Bir ayda 167 nəfər ZƏHƏRLƏNDİ , ölən var
02 fevral 2022 11:40 (UTC +04:00)

Bir ayda 167 nəfər ZƏHƏRLƏNDİ, ölən var

Kliniki Tibbi Mərkəzə yanvar ayı ərzində zəhərlənmə faktı ilə bağlı 167 nəfər qəbul olunub.

Mərkəzin Mətbuat xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, xəstəxanaya yerləşdirilənlərdən 18-i sirkə turşusundan, 9-u allergiya səbəbindən, 67-si dərmandan, 5-i qidadan, 44-ü dəm qazından, 13-ü spirtli içkidən zəhərlənib. Bundan başqa qəbul olunanların 11-i isə anafilaktik şok keçirib.

Həkimlərin səyləri nəticəsində 167 nəfərdən 166-sı sağlamlığına qovuşub, 1 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

# 1983
avatar

Aytəkin Cəlali

Oxşar yazılar