Bu ölkədə istidən  ilk ölümlər   qeydə alındı
28 iyun 2023 18:49 (UTC +04:00)

Bu ölkədə istidən ilk ölümlər qeydə alındı

0

İspaniyada ölkədə yaranan güclü istilər nəticəsində ən azı iki nəfər ölüb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Əndəlus muxtar icmasında 47 yaşlı fermer tarlada işləyərkən istidən ölüb. Kastiliya-La-Mança bölgəsində 46 yaşlı kişi eyni səbəbdən ölüb. Bundan əlavə, Ekstremadura muxtar icmasının səlahiyyətliləri həddindən artıq istilər səbəbindən səhhəti pisləşən iki nəfərin xəstəxanaya yerləşdirildiyini bildirib.

Bu həftə İspaniyanın Dövlət Meteorologiya Agentliyi Pireney krallığının bir çox əyalətlərində temperaturun 40 dərəcədən yuxarı olması səbəbindən əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

2021-ci ildə Dövlət Meteorologiya Agentliyi İspaniyada yeni temperatur rekordu qeydə alıb. Avqustun ortalarında Montoro məntəqəsində (Əndəlüs muxtar icması) termometr 47,2 dərəcəyə çatıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3027

Oxşar yazılar