Bu yuxu pozası stress əlamətidir:  Onların arasında sizinki varmı?
26 may 2025 16:55 (UTC +04:00)

Bu yuxu pozası stress əlamətidir: Onların arasında sizinki varmı?

Yatarkən qəbul etdiyiniz poza sadəcə vərdişlərinizi deyil, həm də emosional vəziyyətinizi – xüsusilə stres və narahatlıq səviyyənizi göstərə bilər.

Lent.az hansı pozaların stress əlaməti ola biləcəyini təqdim edir.

Stres yuxu pozasına necə təsir edir?

Araşdırmalar göstərib ki, stres yaxşı yuxunun əsas pozucusudur. Bir çox hallarda, yuxu pozası düşündüyünüzdən daha çox şey deyə bilər.

"Gecə şüursuz şəkildə qəbul etdiyiniz poza sinir sisteminizin vəziyyətini əks etdirə bilər". Stres zamanı "döyüş və ya qaç" reaksiyası və ya simpatik sinir sistemi aktivləşir.

Psixoloq Nikole Moşfeq-in sözlərinə görə, bu reaksiya bədəni təhlükəyə hazırlamaq və cavab vermək üçün bir sıra fiziki və kimyəvi reaksiyalar yaradır. Bura ürək ritminin artması, nəfəs darlığı, qan təzyiqinin yüksəlməsi və əzələ gərginliyi daxildir. Bu fiziki hisslər və reaksiyalar nəticəsində bədənin rahatlaması çətin ola bilər. Bu səbəbdən, insan sakitləşmək üçün özünü qoruyucu poza qəbul etməyə meyilli ola bilər.

"Yastığı qucaqlayan və ya bərk-bərk qıvrılıb yatan insan şüursuz şəkildə özünü təhlükəsizlikdə hiss etmək istəyir".

Stresi göstərə biləcək yuxu pozaları

Döl vəziyyəti

Yan yatmaq, dizləri və qolları sinəyə sıxmaq – yüksək stres dövrlərində ən geniş yayılmış yuxu pozalarından biridir. Bu, bir növ özünü sakitləşdirmə və qoruyucu instinktdir, təhlükəsizliyi təmin etmək üçün qıvrılma ehtiyacını xatırladır.

Belə qıvrılmış vəziyyəti tez-tez qəbul edən insanlar emosional cəhətdən daha həssas və ya narahat ola bilərlər. Pozanın nə qədər sıx olması, insanın qorunma və rahatlıq istəyini bir o qədər göstərir.

Üzü üstə vəziyyət

Qarnı üstə, xüsusilə əlləri yayaraq və ya yastığı qucaqlayaraq yatan insanlar zahirən qayğısız görünə bilər, amma bu da stresin əlaməti ola bilər.

"Azad düşüş" (free-fall) pozası daxili gərginlik və ya nəzarət ehtiyacı ilə əlaqələndirilir. Bu, həssas bir mövqedir və bədən gərginliyini əks etdirə bilər, baxmayaraq ki, insan sakit görünür.

Sıxılmış yumruqlarla yatmaq

Əgər siz yatarkən yumruqlarınızı sıxırsınızsa, çənənizi də sıxma və ya dişlərinizi qıcama ehtimalınız yüksəkdir və səhərlər əl və çənə ağrısı ilə oyanırsınız. Yuxuda fiziki gərginlik xüsusilə narahat yuxular gördükdə stressin əlaməti ola bilər.

Daimi pozisiya dəyişdirmək

Bəzi insanlar yatarkən daimi poza qəbul edə bilmir, gecə boyu dönür və mövqelərini dəyişir. Adətən, insanlar stres və ya narahatlıq hiss etdikdə, yuxuları daha çox pozulur və ya parçalanır, bu isə gecə boyu hərəkətliliyə səbəb olur. Bəzən bu, ayaq narahatlığı sindromu kimi digər əsas sağlamlıq problemlərinə də işarə edə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2679

Oxşar yazılar