Emin Əmrullayev
11 sentyabr 2025 11:23 (UTC +04:00)

Emin Əmrullayev

Müəllimlər şeirin arxasında gizlənməsin - Nazir

1

“Daha çox ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün oxuyub-anlama mövzusunda materiallar olacaq. Bizim ən böyük problemimiz oxuma və anlama bacarığı ilə bağlıdır”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, oxuyub-anlama prosesini artırmaq lazımdır:

“Şeir əzbərləmək oxuyub-anlamaq bacarığının inkişafı demək deyil. Məsələn, biz demirik, Abbas Səhhət dərslikdə olmasın. Deyirik ki, müəllimlər şeirin arxasında gizlənməsin. Şeiri tədris edək, amma onunla bərabər oxuyub-anlamağı da uşaqlara öyrədək”./APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 502

Oxşar yazılar