Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmovun öz ərizəsi əsasında əmək müqaviləsinə xitam verilib.
Bu haqda Lent.az-a nazirliyin mətbuat xidməti məlumat verib.
Direktor vəzifəsinin müvəqqəti icrası agentliyin direktor müavini Simnar Mamedova həvalə olunub.