Pomidorlar haqlı olaraq dəyərli qida məhsulu hesab olunur, lakin onların da bir sıra məhdudiyyətləri var. Həkimlər xatırladır ki, faydalı tərəvəz bəzi xəstəliklər və orqanizmin müəyyən vəziyyətlərində zərər verə bilər.
Lent.az pamidorla bağlı bilmədiyiniz məlumatları təqdim edir:
Pomidorların tərkibində oksalat turşusu var. Sidik daşı xəstəliyi və ya sidik-cinsiyyət sisteminin xroniki patologiyalarından əziyyət çəkən insanlar üçün bu turşunun artıqlığı xəstəliyin gedişini ağırlaşdıra, daş əmələ gəlməsini sürətləndirə bilər. Buna görə də belə diaqnozu olanlarda pomidor qəbulu ciddi şəkildə nəzarətdə saxlanmalıdır. Hipertoniyadan əziyyət çəkənlər də pomidoru ehtiyatla rasiona daxil etməlidirlər. Çünki tərkibində olan duzlar və üzvi turşular təzyiqin qalxmasına səbəb ola bilər. Bundan əlavə, bəzi insanlarda pomidor allergik reaksiyalar səpki, qaşınma, selikli qişaların şişməsi yarada bilər. Xüsusi təhlükə isə pomidor kollarının yarpaqları və yaşıl hissələrindədir. Onlar zəhərli maddələr solanin və digər qlikoalkaloidlər ehtiva edir. Bu hissələrin yeyilməsi ağır zəhərlənmə yarada bilər: ishal, qusma, başgicəllənmə, qıcolmalar və hətta həyati təhlükə. Çoxlu miqdarda pomidor yemək həzm problemlərinə də gətirib çıxara bilər. Turşuluğun artması, mədə yanması və qastritin kəskinləşməsi. Mədə-bağırsaq xəstəlikləri olan insanlar miqdara diqqət etməli və daha çox termiki işlənmiş pomidorlara üstünlük verməlidirlər. Çünki onlar daha asan həzm olunur və əsas qida maddələrini saxlayır.
Bununla belə, normal miqdarda qəbul edildikdə pomidor əksər insanlar üçün faydalıdır. Onlar likopinlə zəngindir güclü antioksidant olub ürək-damar xəstəlikləri riskini azaldır, qocalma prosesini ləngidir və dərinin sağlamlığını qoruyur. Xüsusilə likopin pomidor pastasında, şirəsində və minimal istiliklə hazırlanmış souslarda daha çox olur.