Cinsi istismara məruz qalan yeniyetmə qızla bağlı  RƏSMİ AÇIQLAMA
12 aprel 2021 16:41 (UTC +04:00)

Cinsi istismara məruz qalan yeniyetmə qızla bağlı RƏSMİ AÇIQLAMA

Daxili İşlər Nazirliyi Neftçalada 16 yaşlı qızın cinsi istismara məruz qalması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin Mətbuat Xidmətinin Kütləvi İnformasiya və İctimaiyətlə Əlaqələr Şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Lent.az-a bildirib ki, Neftçalanın Mürsəqulu kəndində 16 yaşlı, əqli zəifliyi olan qızla bağlı sosial şəbəkələrdə yayılan iddialardan məlumatlıdırlar: “Bu barədə ötən həftənin əvvəlində Neftçala rayon Polis Şöbəsinə daxil olan məlumat üzrə dərhal araşdırmalar başlayıb, ekspertiza təyin edilib: “Ekspertizanın nəticəsindən asılı olaraq, qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülüməsi təmin ediləcəkdir. Həmin şəxslə bağlı rayon hüquq-mühafizə orqanları və icra hakimiyyəti tərəfindən bütün zəruri tədbirlər davam etdirilir.

Polisin vətəndaşın evinə kamera quraşdırılması ilə bağlı iddiallar isə cəfəngiyyatdır, həqiqəti əks etdirmir. Hər bir vətəndaşın həyat və sağlamlığı, hüquqları bizim üçün önəmlidir. Bu müzakirə olunmayan gerçəklikdir”.

# 3570
avatar

Oxşar yazılar