COVID testlərinin cavabı niyə gecikir? - CAVAB
07 fevral 2022 19:09 (UTC +04:00)

COVID testlərinin cavabı niyə gecikir? - CAVAB

Azərbaycanda koronavirus testlərinin cavabı niyə gecikir?

Lent.az-ın bugünki “Bir sual, bir cavab” rubrikasında bu suala cavab axtaracayıq. 

Son zamanlar COVID testlərinin nəticələrinin gecikməsi ilə bağlı şikayətlər artıb. Şikayətçilərin çoxu bildirir ki, onlar koronavirus əlamətləri hiss etdikdə test verirlər. Testin cavabı isə virusun yoluxuculuq müddəti bitənə yaxın çıxır. Bu zaman isə o insanlar məcbur qalıb yenidən aktiv həyatdan təcrid olurlar. 

Lent.az-ın bununla bağlı sualına cavab verən TƏBİB-in nümayəndəsi Elnarə Baxış bildirib ki, ölkədə SARS-COV-2 virusunun “Omicron” variantının aşkarlanması ilə əlaqədar dövlət tibb müəssisələrinə müraciətlərin sayı kəskin artıb:

“Bu da mövcud laboratoriyaların iş yükünün artmasına səbəb olub. Ümumilikdə götürülən testlərin nəticələrinin daha da tez açıqlanması və prosesin sürətləndirilməsi məqsədi ilə mütəmadi addımlar atılır. Bundan sonra da bu istiqamətdə proseslər davam etdiriləcək”. 
 

# 3651
avatar

Aytəkin Cəlali

Oxşar yazılar