Ən çox qar  Şəkiyə yağıb   - FAKTİKİ HAVA
26 fevral 2024 10:12 (UTC +04:00)

Ən çox qar Şəkiyə yağıb - FAKTİKİ HAVA

Azərbaycanda faktiki hava şəraiti açıqlanıb 

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a bildirilib ki, fevralın 26-sı saat 9:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, bəzi yerlərdə hava şəraiti arabir yağıntılı olub, dağlıq rayonlarda isə arabir qar yağıb.

Qar örtüyünün hündürlüyü Şəkidə 6 sm, Yardımlı, Qrızda 4 sm, Lerik, Şahdağda 3 sm, Oğuzda 2 sm, Qəbələ, Gədəbəydə 1 sm olub.

Düşən yağıntının miqdarı Oğuz, Şəki, Qəbələ, Altıağac, Qrız, Şabran, Tərtər, Bərdə, Mingəçevir, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Yardımlı, Lerik, Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Ağdam, İsmayıllı, Balakən, Zaqatala, Şamaxı, Quba, Xaltanda 2 mm-dək olub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 0 dərəcəyə yaxın, Naxçıvan MR-da 5-10, Aran rayonlarında 0-2, dağlıq rayonlarda 7-12, yüksək dağlıq ərazilərdə isə 18 dərəcəyədək şaxta olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11997
avatar

Oxşar yazılar