Həftəsonu kənd yarmarkaları keçiriləcək -  ÜNVANLAR
15 iyul 2021 16:27 (UTC +04:00)

Həftəsonu kənd yarmarkaları keçiriləcək - ÜNVANLAR

Kənd Təsərrüfatı Nazirliyi iyulun 17-18-də ənənəvi “Kənddən Şəhərə” həftəsonu yarmarkaları təşkil edəcək.

Lent.az məlumat verir ki, yarmarkalar Bakı və Abşeron ərazisində üç fərqli ünvanda keçiriləcək. “Kənddən Şəhərə” həftəsonu yarmarkalarının təşkilində əsas məqsəd yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.

Budəfəki yarmarkalarda ümumilikdə 30-dan artıq regiondan 100-ə yaxın fermer 50-ə yaxın çeşiddə təbii kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcək.

Satışa çıxarılan məhsulların kеyfiyyətinə nəzarət etmək məqsədi ilə yarmarkalarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar yarmarkada satışa çıxarılan hər hansı bir məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən ödənişsiz şəkildə faydalana bilərlər.

Qeyd edək ki, yarmarkalar karantin rejiminin tələblərinə əməl olunmaqla baş tutacaq. Yarmarkada iştirak edəcək fermerlər ödənişsiz şəkildə piştaxta, tərəzi və digər avadanlıqlarla yanaşı, tibbi ləvazimatlarla (tibbi maska, dezinfeksiyaedici maddələr, əlcək və.) da təmin olunacaqlar. Yarmarkaya alış-verişə gələcək vətəndaşların temperaturları ölçüləcək, tibbi maskadan istifadəyə və sosial məsafənin gözlənilməsinə xüsusi diqqət yetiriləcək. Eyni zamanda, yarmarka ərazisində mütəmadi olaraq dezinfeksiya işləri aparılacaq.

“Kənddən şəhərə” yarmarkaları aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:

- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı)

-   Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı)

-  Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2090

Oxşar yazılar

Sabah leysan və sulu qar  yağacaq - PROQNOZ

Sabah leysan və sulu qar yağacaq - PROQNOZ

3 may 2025 , 12:44
Soyuq havalar nə vaxtadək  davam edəcək?

Soyuq havalar nə vaxtadək davam edəcək?

3 may 2025 , 10:42
Bakıdan Polşaya uçan təyyarə təcili geri qayıtdı

Bakıdan Polşaya uçan təyyarə təcili geri qayıtdı

3 may 2025 , 09:55
Sabah Bakının mərkəzi küçələri tam BAĞLANIR

Sabah Bakının mərkəzi küçələri tam BAĞLANIR

3 may 2025 , 09:35
Bəzi BÜRCLƏR bu ayı unutmaq istəyəcək  – SƏBƏB

Bəzi BÜRCLƏR bu ayı unutmaq istəyəcək – SƏBƏB

3 may 2025 , 09:09
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

2 may 2025 , 19:59
Bakıda hava qaralanda  bu avtobuslar  yoxa çıxır...  -  YENİLƏNİB

Bakıda hava qaralanda bu avtobuslar yoxa çıxır... - YENİLƏNİB

2 may 2025 , 19:27
Bu rayonlarda  şimşək çaxır,   yağış yağır - FAKTİKİ HAVA

Bu rayonlarda şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

2 may 2025 , 18:16