Laçının 81 sakinin doğma yurduna qayıtdı - FOTO
22 noyabr 2023 05:50 (UTC +04:00)

Laçının 81 sakinin doğma yurduna qayıtdı - FOTO

Bu gün Laçına növbəti köç baş tutub.

Lent.az xəbər verir ki, köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.

Bu mərhələdə Laçın şəhərinə daha 21 ailə - 81 nəfər köçürülüb.

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da Laçın şəhərində 346 ailə, yəni 1326 nəfərin daimi məskunlaşması təmin edilib.

Aytən Sakitqızı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4296
avatar

Oxşar yazılar