Kriştiano Ronaldo sevgilisi Corcina Rodriqes və uşaqlarının tətil fotoları ilə çoxsaylı pərəstişkarlarını sevindirib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, 38 yaşlı Ronaldo həftəlik xərci 200 min dollardan çox olduğu bildirilən şəxsi super yaxtasında istirahət edir.
2003-cü ildə Portuqaliya millisində debüt edən Ronaldo bu yaxınlarda 200-cü beynəlxalq oyuna çıxan ilk futbolçu olub. O, Avro-2024-ün seçmə mərhələsində İslandiya ilə əlamətdar oyun keçirib və eyni zamanda qol vurub.
İndi Kriştiano məzuniyyətə çıxıb və mövsümün əvvəlindən Səudiyyə Ərəbistanında Hakim Ziyeş, Ruben Neves, N'Qolo Kante və Kərim Benzema kimi futbolçularla qarşılaşacaq.