Mayın  ilk gününün HAVASI:   20 dərəcədən çox isti olacaq
30 aprel 2025 12:35 (UTC +04:00)

Mayın ilk gününün HAVASI: 20 dərəcədən çox isti olacaq

Mayın 1-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu gecə 9-11° isti, gündüz 16-20° isti olacaq.

Atmosfer təzyiqi 766 mm civə sütunu olacaq. Nisbi rütubət  gecə 70-80 %, gündüz 50-55 % olacaq.
 
Azərbaycanın rayonlarında
hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-11° isti, gündüz 18-23° isti, dağlarda gecə 1° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.  
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1032

Oxşar yazılar