Sentyabrın 6-da Bakıda və Abşeron yarımadasında günorta saatlarında isti diskomfort hava şəraiti gözlənilir.
Bu barədə Lent.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.