Ötən il əcnəbilər bu məqsədlərlə Azərbaycana gəliblər
26 iyun 2023 16:35 (UTC +04:00)

Ötən il əcnəbilər bu məqsədlərlə Azərbaycana gəliblər

0

Ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin səfərlərin məqsədləri üzrə bölgüsü açıqlanıb.

Bu barədə Lent.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd olunub ki, ötən il ümumilikdə ölkəyə 1602,3 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Onlardan 1058,1 mini turizm məqsədilə səfər edib. O cümlədən 398,5 min nəfər istirahət, əyləncə turizmi, 400,5 min nəfər işgüzar turizm, 14 min nəfər müalicə turizmi, 2,2 min nəfər dini turizm, 184.8 min nəfər qohumlara, dostlara baş çəkmək, 58,1 min nəfər digər turizm məqsədilə, 544,2 min nəfər isə digər məqsədlə ölkəmizə gəlib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3125

Oxşar yazılar