Prokurorlar Mir Cəlal Paşayevin yaşadığı ev-muzeyi ziyarət etdi
25 aprel 2025 16:31 (UTC +04:00)

Prokurorlar Mir Cəlal Paşayevin yaşadığı ev-muzeyi ziyarət etdi

Aprelin 25-də Azərbaycan Respublikası Prokurorluğunun gənc əməkdaşları görkəmli yazıçı, pedaqoq, filologiya elmləri doktoru, Əməkdar elm xadimi, professor Mir Cəlal Paşayevin anadan olmasının 117-ci ildönümü münasibətilə İçərişəhərdə yerləşən və yazıçının uzun illər yaşadığı evdə – “Ədibin Evi” mədəniyyət ocağında olublar.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, ziyarət çərçivəsində iştirakçılara XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Mir Cəlal Paşayevin həyat və yaradıcılığı barədə geniş məlumat verilib.

Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva bildirib ki, yazıçının 1929–1941-ci illərdə yaşadığı bu ev 2017-ci ildən etibarən “Ədibin Evi” adı ilə fəaliyyət göstərərək mədəniyyət məkanı kimi ictimaiyyətin istifadəsinə verilib.

Həmin illərdə müəllifin bir çox fundamental əsərləri məhz bu evdə qələmə alınıb.

Ekskursiya zamanı prokurorluq əməkdaşları Mir Cəlal Paşayevin ədəbi irsinin nadir nümunələri, həmçinin onun zəngin yaradıcılıq dünyasını əks etdirən eksponatlarla tanış olublar. Yazıçının şəxsi əşyaları, arxiv materialları, eləcə də onun haqqında nəşr olunmuş tədqiqat əsərləri nümayiş etdirilib. 

Sonda xatirə şəkli çəkilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1404

Oxşar yazılar

Azad olunmuş ərazilərdə yeni iş imkanları - VİDEO

Azad olunmuş ərazilərdə yeni iş imkanları - VİDEO

1 may 2025 , 13:10
“CV”dəki yalanlar  – Kimi aldadırsınız?

“CV”dəki yalanlar – Kimi aldadırsınız?

1 may 2025 , 12:48
 Leysan yağacaq   - Sabahın HAVASI

Leysan yağacaq - Sabahın HAVASI

1 may 2025 , 12:44
Şuşa və Xocalıda kütləvi məzarlıqlar  TAPILDI

Şuşa və Xocalıda kütləvi məzarlıqlar TAPILDI

1 may 2025 , 12:21
1-ci sinfə qəbulla bağlı TEXNİKİ PROBLEM

1-ci sinfə qəbulla bağlı TEXNİKİ PROBLEM

1 may 2025 , 12:03
Kamran Əliyev

Kamran Əliyev yenidən baş prokuror oldu - YENİLƏNİB

1 may 2025 , 11:15
Azərbaycanda bu vəkillər CƏZALANDIRILDI

Azərbaycanda bu vəkillər CƏZALANDIRILDI

1 may 2025 , 10:21
May ayında  xoş xəbərlər alacaq   BÜRCLƏR

May ayında xoş xəbərlər alacaq BÜRCLƏR

1 may 2025 , 09:09