Qarabağ Universitetinin necə işləyəcəyi ilə bağlı AÇIQLAMA 
30 noyabr 2023 16:07 (UTC +04:00)

Qarabağ Universitetinin necə işləyəcəyi ilə bağlı AÇIQLAMA 

Bu gün Azərbaycan xalqı yenidən öz torpaqlarına – Qarabağa qayıdır. İşğal dövründə viran qoyulmuş torpaqlarımıza yeni həyat gəlir. Müasir infrastruktur qurulur, “Ağıllı kənd”lər salınır, xarici investorlar quruculuq prosesinə cəlb edilir. Elə məhz bu məqamda prezident İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin yaradılması ilə bağlı sərəncam imzaladı.

Maraqlıdır, Qarabağda ali təhsil müəssisələrinin yenidən bərpa olunmasının hansı əhəmiyyəti var?

Mövzu ilə bağlı deputat Anar İsgəndərov Lent.az-a açıqlamasında bildirib ki, sərəncam hamı tərəfindən sevinclə qarşılandı. 

Onun sözlərinə görə, çünki 30 il ərzində Qarabağda Azərbaycanın demək olar ki, bütün tarixi, dini, mədəniyyət abidələri məhv edilib, məktəblər, bağçalar, yerlə-yeksan olunub:

“44 günlük Vətən müharibəsindən sonra Qarabağda yenidənqurma işlərinə başlanıldı. Qarabağ regionunda ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulub. Burada yüzlərlə azərbaycanlı müəllim işləyir, minlərlə tələbə təhsil alırdı. Qarabağda yenidən təhsil ocaqlarının yaradılması tarixi ədalətin bərpa olunması üçün mühüm addımdır. Məhz bu baxımdan Qarabağ Universitetinin məhz Xankəndidə olması da xüsusi önəm daşıyır”. 

Anar İsgəndərov fikirlərinə davam edərək həmçinin qeyd edib ki, 2024-2025-ci tədris ilində Qarabağ Universitetinə də yer ayrılacaq:

“Qarabağ Universitetində bütün sahələr üzrə mütəxəssislərin yetişdirilməsinə önəm verməliyik. Azərbaycan gəncləri Qarabağ Universitetinə maraq göstərəcəklər. Qayıdışın sürətlənməsində Qarabağ Universitetinin yüksək rolu olacaq. İnsanlarımızın bölgələrdə təhsil almağa, çalışmağa önəmi artırması bütövlükdə Azərbaycan təhsilinin və elminin inkişafında müsbət nəticələrə səbəb olacaq. Yeni yaradılacaq universitetdə Azərbaycan xalqının çəkdiyi müsibətlər, 44 günlük Vətən müharibəsindəki xalqımızın qəhrəmanlığı barədə dərslər tədris olunmalıdır. Erməni məkrliyinin ifşa edilməsində Qarabağ Universitetinin xüsusi rolu olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5922
avatar

Arzu Qurbanlı

Oxşar yazılar