Qəza riskinin əsas səbəbləri AÇIQLANDI  -VİDEO
09 sentyabr 2025 10:30 (UTC +04:00)

Qəza riskinin əsas səbəbləri AÇIQLANDI -VİDEO

0

Manevretmə qaydalarının pozulması çox zaman qəfil zolaq dəyişmələri, dönmə siqnalından istifadə etməmək və ya digər nəqliyyat vasitələrinin sürətini, məsafəsini nəzərə almadan hərəkət etmək kimi hallarla müşahidə olunur. Bu qayda pozuntusu bir çox hallarda yollarda qəfil toqquşmalara və ağır nəticəli qəzaların baş verməsinə səbəb olur.

Lent.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi bütün sürücülərə müraciət edərək bildirir:

1. Dönmə və zolaq dəyişməzdən əvvəl siqnal verin. Bu, digər sürücülər və piyadalar üçün xəbərdarlıqdır.

2. Məsafəni dəqiq qiymətləndirin. Yalnız kifayət qədər təhlükəsiz interval olduqda manevr edin.

3. Sürətə diqqət yetirin. Manevretmə zamanı qəfil sürət artırmaq və ya azaltmaq qəza riskini yüksəldir.

4. Dairəvi hərəkətlərdə, kəsişmələrdə üstünlük qaydalarını qoruyun. 

5. Piyada zolaqları yaxınlığında xüsusən ehtiyatlı olun. Burada edilən kiçik bir diqqətsizlik insan həyatına ciddi təhlükə yarada bilər.

Manevretmə qaydalarına riayət etmək inzibati qanunvericiliyin tələbi olmaqla yanaşı, yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin edilməsində mühüm əhəmiyyət kəsb edir. Çünki istənilən düzgün aparılmayan manevr təkcə bir nəqliyyat vasitəsini deyil, bütün hərəkət iştirakçılarını təhlükəyə atır.

Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını bir daha məsuliyyətli davranmağa, manevr edərkən qaydalara ciddi şəkildə əməl etməyə çağırır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 508

Oxşar yazılar