Sabahdan iki marşrut xəttinin hərəkəti dəyişir
19 aprel 2021 19:15 (UTC +04:00)

Sabahdan iki marşrut xəttinin hərəkəti dəyişir

Sabahdan Xudu Məmmədov küçəsinin Çingizxan Kərimov küçəsi ilə kəsişməsindən Məhəmməd Hadi küçəsinin kəsişməsinə qədər olan hissəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq. 

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, bununla əlaqədar 51 və 57 saylı müntəzəm marşrutların hərəkət sxemləri X.Məmmədov küçəsi - Rahib Məmmədov küçəsi – Aşıq Ələsgər küçəsi – Ukrayna dairəsi  - Məhəmməd Hadi küçəsi ilə müvəqqəti təşkil ediləcək.

# 2193
avatar

Oxşar yazılar