Şagirdlərimiz Oksfordu fəth etdi:  Medalın sayı-hesabı yoxdu - VİDEO
08 avqust 2022 15:25 (UTC +04:00)

Şagirdlərimiz Oksfordu fəth etdi: Medalın sayı-hesabı yoxdu - VİDEO

Azərbaycanlı şagirdlər İngiltərədə keçirilən Teeneagle (tiniql) beynəlxalq ingilis dili olimpiadasında qızıl, gümüş və bürünc medallara layiq görülüblər. Yarış fevral ayında keçirilsə də, təqdimetmə mərasimi ötən gün Böyük Britaniyanın ən məşhur universitetlərindən olan Oksford Universitetində baş tutub. Müxtəlif məktəb və liseylərdən olan bu uşaqların H.Əliyev beynəlxalq hava limanında təşkil edilən qarşılanma mərasimi  xoş anlarla yadda qaldı.

Lent.az APA TV-yə istinadən xəbər verir ki, Zirvə liseyinin, İngiltərədə fəaliyyət göstərən Oscar educationun və Brooke House Collegin birgə  təşkilatçılığı ilə təşkil olunan teeneagle beynəlxalq ingilis dili olimpiadasının Londonda təşkil olunan final mərhələsində ölkəmizin müxtəlif şəhər və rayonlarından ümumilikdə 35 şagird iştirak edib. 

Qeyd edək ki, 30-a  yaxın ölkədən 400-dən artıq şagirdin iştirak etdiyi beynəlxalq olimpiadada şagirdlərimiz 7 qızıl, 6 gümüş və 13 bürünc medalla vətənə  dönüblər.

Xatırladaq ki, olimpiada çərçivəsində keçirilən “talant şou”da da şagirdlərimiz öz bacarıqlarını nümayiş etdiriblər.

# 5322
avatar

Oxşar yazılar

“Azercell”in dəstəyi ilə idarə olunan “Qadın Qaynar Xətti”nin rəsmi təqdimatı oldu®

“Azercell”in dəstəyi ilə idarə olunan “Qadın Qaynar Xətti”nin rəsmi təqdimatı oldu®

8 dekabr 2022 , 18:39
Həftə sonu üçün  HAVA PROQNOZU

Həftə sonu üçün HAVA PROQNOZU

8 dekabr 2022 , 17:56
Azərbaycanda maska cərimələri ləğv olunacaq? - CAVAB

Azərbaycanda maska cərimələri ləğv olunacaq? - CAVAB

8 dekabr 2022 , 16:02
İldırım 900-dan çox  adamı öldürdü

İldırım 900-dan çox adamı öldürdü

8 dekabr 2022 , 15:31
Sabah bu rayonlara gedənlərə XƏBƏRDARLIQ:  Yollar buz bağlayacaq

Sabah bu rayonlara gedənlərə XƏBƏRDARLIQ: Yollar buz bağlayacaq

8 dekabr 2022 , 14:11
Sabah hava  çiskinli olacaq   - PROQNOZ

Sabah hava çiskinli olacaq - PROQNOZ

8 dekabr 2022 , 12:09
3 rayon susuz qaldı - SƏBƏB

3 rayon susuz qaldı - SƏBƏB

8 dekabr 2022 , 09:56
Qeyri-sabit hava şəraiti  nə qədər davam edəcək?   - AÇIQLAMA

Qeyri-sabit hava şəraiti nə qədər davam edəcək? - AÇIQLAMA

7 dekabr 2022 , 13:45