Vətən Müharibəsi Qəhrəmanının anası sertifikatlaşdırmada yüksək bal toplayıb.
Lent.az xəbər verir ki, bu barədə Şəki Regional Təhsil İdarəsi məlumat verib.
Vətən Müharibəsi Qəhrəmanı, şəhid Valeh Bədəlovun anası Südabə Qaziyeva sertifikatlaşdırma imtahanında rekord nəticəyə imza atıb.
Belə ki, o, 67 dəqiqə ərzində 59 bal nəticə toplayaraq birinci olub.
Qeyd edək ki, Südabə Qaziyeva Zaqatala rayonu, Aşağı Tala kənd 3 nömrəli məktəbin ibtidai sinif müəllimidir.