Şəhid cənazəsi önündə  qurban   kəsildi
14 sentyabr 2023 18:39 (UTC +04:00)

Şəhid cənazəsi önündə qurban kəsildi

Azərbaycan Ordusunun Birinci Qarabağ müharibəsində itkin düşən döyüşçüsü şəhid Şəmsəddin Allahverdiyevin meyitinin qalıqları 30 ildən sonra Füzuli rayonuna gətirilib. 

Lent.az-ın xəbərinə görə, şəhidin ailəsi onun cənazəsinin tapılması və gətirilməsi münasibətilə qurban kəsib.

Şəhidin dəfn mərasimində rayon ictimaiyyətinin nümayəndələri, məktəb şagirdləri və yaxın qohumları iştirak ediblər.


 

# 5379
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar