Sürücülərə MÜRACİƏT: Bakıda  bu yoldan   az istifadə edin
18 mart 2023 18:29 (UTC +04:00)

Sürücülərə MÜRACİƏT: Bakıda bu yoldan az istifadə edin

Bakının mərkəzi prospektində asfalt örtüyü dəyişdirilir, bununla əlaqədar yol polisi sürücülərə müraciət edib.

Bu barədə Lent.az-a Bakı şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib.

"Paytaxtın Azneft dairəsindən Neftçilər prospekti boyunca Bülbül küçəsi ilə kəsişməsinədək asfalt örtüyünün dəyişdirilməsi məqsədilə təmir bərpa işləri aparılır. Bunu nəzərə alaraq sürücülərdən həmin ərazilərdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyi xahiş edirik", - o, deyib.

# 1941
avatar

Oxşar yazılar