Uzunömürlülər ən çox  hansı ayda   doğulur? - Gözlənilməz kəşf
26 sentyabr 2023 09:09 (UTC +04:00)

Uzunömürlülər ən çox hansı ayda doğulur? - Gözlənilməz kəşf

Alimlər yeni bir araşdırmada doğum ayı ilə gözlənilən ömür uzunluğu arasında əlaqənin olub-olmadığını müəyyən ediblər.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Çikaqo Universitetinin qocalma, ölüm və uzunömürlülük üzrə mütəxəssisləri 1880-1895-ci illər arasında doğulmuş və təxminən 100 yaşa qədər yaşamış 1574 nəfərin məlumatlarını öyrəniblər. Onların məlumatları uzunömürlülərin bacı-qardaşları, eləcə də həyat yoldaşları haqqında məlumatlar ilə müqayisə edilib.

Araşdırma göstərib ki, uzunömürlülərin çoxu payızda, sentyabrdan noyabr ayına qədər doğulub. Mart, may və iyul aylarında doğulanlar arasında yüz yaşı olanların nisbəti 40 faiz az olub.

Alimlər uşaqlıqda prenatal amillərin və insanın həyat şəraitinin təkcə sağlamlığımıza deyil, həm də gözlənilən ömür uzunluğuna təsirinin olduğunu irəli sürürlər.

Uzunömürlülərin doğulması baxımından ən məhsuldar ay noyabrdır. Bu onunla bağlıdır ki, belə insanlarda aktiv beyin formalaşması dövrü yayda baş verir. Məhz ilin bu vaxtında insanlar ən çox təzə tərəvəz və meyvələrdən istifadə edirlər, buna görə də doğulmamış uşaq çoxlu miqdarda vitamin və mikroelementlər alır. Bəlkə də bu amil yaxşı sağlamlıq üçün əsasdır.

Bundan əlavə, soyuqdəymə tezliyində mövsümi dalğalanmalar təsir göstərə bilər. Payızda doğulan insanların xroniki xəstəlikləri digərlərinə nisbətən daha az olur.

Yazda və ya yayda doğulan insanlar arasında uzunömürlülərin sayının az olmasının başqa bir mümkün izahı, doğuş və ya hətta konsepsiya zamanı ətraf mühitin temperaturunun təsiridir. Temperaturun sperma keyfiyyətinə təsir etdiyi məlumdur.

Bundan əlavə, ekspertlər ölüm tarixi ilə doğum günü arasında əlaqənin olduğunu qeyd ediblər. Beləliklə, insanlar ən çox doğum günündən iki həftə əvvəl və sonrakı dövrdə ölürlər - qadınların üçdə biri və kişilərin yarısı bu zaman ölür.

Alimlərin fikrincə, uşağın doğulması şiddətli ağrı ilə əlaqələndirilir. Bu hisslər yaddaşda saxlanılır və doğum tarixi yaxınlaşdıqda bədənimiz sanki yaşadıqlarımızı xatırlayır və yenidən stresə hazırlaşır. Buna görə də, bu dövrlərdə bədənin digər qoruyucu resurslarında azalma baş verir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7716
avatar

Oxşar yazılar