Valideynlər  aldanmasın,  bu ünvanlarda məktəbli geyimləri var
02 sentyabr 2025 10:15 (UTC +04:00)

Valideynlər aldanmasın, bu ünvanlarda məktəbli geyimləri var

0

Ümumi təhsil müəssisələrində tətbiq edilən vahid məktəbli geyimlərinin əldə edilməsinin asanlaşdırılması və valideynlər üçün əlçatanlığın təmin edilməsi məqsədilə ölkə üzrə satış məntəqələrinin ünvanları təqdim edilib.

Bu barədə Lent.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, vətəndaşlar qeyd edilən, eləcə də ölkəmizin şəhər və rayonlarında fəaliyyət göstərən istənilən satış məntəqələrinə müraciət edə bilərlər.

"Nəzərinizə çatdırırıq ki, məktəbli formalarının əldə edilməsi üçün seçim sərbəst şəkildə həyata keçirilir. Valideynlərin məqsədli şəkildə hansısa satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir. Bununla bağlı Agentliyin yerli bölmələrinə və tabe müəssisələrinə müvafiq tapşırıqlar verilib. Valideynlər məktəbli formaları ilə bağlı hər hansı sual və ya müraciət olduğu halda Agentliyin və yerli bölmələrinin “Çağrı Mərkəzi” ilə əlaqə yarada bilərlər", - məlumatda qeyd olunub.

Qeyd edək ki, 2022-ci ildə hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası tərəfindən 4 növ geyim formasından birinin tətbiqi ilə bağlı müvafiq qərar qəbul edib. Valideynlər, xüsusilə övladları birinci sinfə gedənlər Agentliyin və yerli bölmələrinin çağrı mərkəzi, eləcə də uşaqlarının təhsil alacağı məktəbdən bu barədə ətraflı məlumat əldə edə bilərlər.

Valideynlər keçid vasitəsilə məktəbli formalarının satış məntəqələri barədə məlumat əldə edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 496

Oxşar yazılar

Dəfn pulu nə qədərdir? - CAVAB

Dəfn pulu nə qədərdir? - CAVAB

2 sentyabr 2025 , 14:41
Payızda valideynlər bu məqamlara diqqət etsinlər - HƏKİM DANIŞDI

Payızda valideynlər bu məqamlara diqqət etsinlər - HƏKİM DANIŞDI

2 sentyabr 2025 , 12:50
38 dərəcə isti olacaq - SABAHIN HAVASI

38 dərəcə isti olacaq - SABAHIN HAVASI

2 sentyabr 2025 , 12:16
Elm və Təhsil Nazirliyində yeni təyinatlar

Elm və Təhsil Nazirliyində yeni təyinatlar

2 sentyabr 2025 , 11:07
Kamran Əliyev Türkiyədə səfərdə olub

Kamran Əliyev Türkiyədə səfərdə olub

2 sentyabr 2025 , 11:03
Azərbaycanda 4 nəfər zəhərlənmədən öldü

Azərbaycanda 4 nəfər zəhərlənmədən öldü

2 sentyabr 2025 , 09:16
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

2 sentyabr 2025 , 08:24
İsmayıllının bu kəndlərində  işıq olmayacaq

İsmayıllının bu kəndlərində işıq olmayacaq

2 sentyabr 2025 , 08:20