Xəbər saytının təsisçisinə XƏBƏRDARLIQ  edildi
08 sentyabr 2022 18:40 (UTC +04:00)

Xəbər saytının təsisçisinə XƏBƏRDARLIQ edildi

Azərbaycan cəmiyyətinin dünya ölkələri üçün sərgilədiyi multikulturalizm və tolerantlıq nümunəsi əsirlər boyu müxtəlif dini etiqadlarların qanun qarşısında bərabərliyi, dostluğu və sabit ünsiyyəti üzərində qurulur.

Bu barədə Lent.az-a Baş Prokurorluğun mətbuat xidmətindən xəbər verilib.

Bildirilib ki, son dövrlərdə Azərbaycan xalqının tarixi dini ənənələrinə zidd olan sözdə məzhəbarası mübahisələrin çirkin məzmununun sosial şəbəkələrə çıxarılması insanlar arasında təşviş və narahatçılığa səbəb olur. Azərbaycan cəmiyyətinə xas olmayan, ölkəmizdə formalaşmış nikah və ailə dəyərlərinə zidd olan bəzi coğrafi bölgələrin qədim ənənələrinin islam pərdəsi altında insanlara aşılanması cəhdləri müşahidə olunur. Azyaşlı qızların “dini nikah”a zorla daxil edilməsi və onlarla münasibətlərin qurulması Azərbaycan Konstitusiyası və ölkə qanunveriliciyinin tələblərinə zidd olmaqla insan hüquqlarının birbaşa pozulmasıdır.

Bəzi din xadimlərinin qanunazidd mülahizələrinin sosial mediada yayılması səbəbindən bir sıra şəxslərə, o cümlədən cəbhə.info xəbər portalının sahibi, eyni adlı MMC-nin təsisçisi və direktoru Becanov Rəfail Zəkəriyyə oğluna “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanunun 22-ci maddəsinə əsasən xəbərdarlıq elan edilib.

Baş Prokurorluq vətəndaşlara müraciət edərək bildirir ki, dünyəvi dövlət daxilində dini etiqadlar arasında mövcud əmin-amanlıq şəraitinə xələl gətirən şəxslərin qanunsuz əməllərinin qarşısının alınması qətiyyətlə davam etdiriləcək və qanunvericiliklə nəzərdə tutulmuş ən sərt tədbirlər görüləcəkdir.

# 1191
avatar

Oxşar yazılar

“Azercell”in dəstəyi ilə idarə olunan “Qadın Qaynar Xətti”nin rəsmi təqdimatı oldu®

“Azercell”in dəstəyi ilə idarə olunan “Qadın Qaynar Xətti”nin rəsmi təqdimatı oldu®

8 dekabr 2022 , 18:39
Həftə sonu üçün  HAVA PROQNOZU

Həftə sonu üçün HAVA PROQNOZU

8 dekabr 2022 , 17:56
Azərbaycanda maska cərimələri ləğv olunacaq? - CAVAB

Azərbaycanda maska cərimələri ləğv olunacaq? - CAVAB

8 dekabr 2022 , 16:02
İldırım 900-dan çox  adamı öldürdü

İldırım 900-dan çox adamı öldürdü

8 dekabr 2022 , 15:31
Sabah bu rayonlara gedənlərə XƏBƏRDARLIQ:  Yollar buz bağlayacaq

Sabah bu rayonlara gedənlərə XƏBƏRDARLIQ: Yollar buz bağlayacaq

8 dekabr 2022 , 14:11
Sabah hava  çiskinli olacaq   - PROQNOZ

Sabah hava çiskinli olacaq - PROQNOZ

8 dekabr 2022 , 12:09
3 rayon susuz qaldı - SƏBƏB

3 rayon susuz qaldı - SƏBƏB

8 dekabr 2022 , 09:56
Qeyri-sabit hava şəraiti  nə qədər davam edəcək?   - AÇIQLAMA

Qeyri-sabit hava şəraiti nə qədər davam edəcək? - AÇIQLAMA

7 dekabr 2022 , 13:45