124 məktəbdə təhsil təmayülləşdirilib
20 sentyabr 2016 11:53 (UTC +04:00)

124 məktəbdə təhsil təmayülləşdirilib

 

Yeni tədris ilindən ölkənin 5 şəhər və 36 rayonunun 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunub.

 

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, təmayül sinifləri, mövcud qaydalara uyğun olaraq, şagirdlərin sayı ən azı 20 nəfər olmaqla komplektləşdirilir.

 

 Qeyd edək ki, tam orta təhsilin təmayülləşməsi üzrə pilot layihə Bakı şəhərindəki 5 məktəbdə 2011-ci ildən tətbiq olunmağa başlanıb.

 

2015-2016-cı tədris ilində 58 məktəbdə 176 sinif komplektində təxminən 3700 nəfərə yaxın şagird X sinifdə təmayüllər üzrə tədrisə cəlb olunub.

 

 İndiyədək əldə olunan nəticələrin təhlili göstərir ki, tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi şagirdlərin meyil və arzularına uyğun təşkil edildiyi üçün onlarda təlimə marağı xeyli artırıb, məktəblilərin təhsil nailiyyətlərinə müsbət təsir edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 307

Oxşar yazılar