22 min nəfər işlə təmin olunub
13 oktyabr 2015 11:14 (UTC +04:00)

22 min nəfər işlə təmin olunub

Cari ilin 9 ayında Dövlət Məşğulluq Xidməti (DMX) tərəfindən 22,5 min nəfərə yaxın işsiz və işaxtaran vətəndaşın məşğulluğu təmin olunub.

ƏƏSMN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, DMX tərəfindən ümumilikdə 22 470 nəfər işsiz və işaxtaran vətəndaş münasib iş yerləri ilə təmin edilib. Bu dövrdə məşğulluq orqanlarında qeydiyyata alınmış və xüsusi peşə hazırlığı olmayan işaxtaran və işsiz vətəndaşlardan 1200 nəfərə yaxını idarə, müəssisə və təşkilatlarla bağlanmış müqavilələr əsasında haqqı ödənilən ictimai işlərə cəlb olunub.

Qeyd edək ki, cari ilin 9 ayında DMX 2776 nəfər vətəndaşı kompüter istifadəçisi, bərbər, qaynaqçı, dərzi, tikişçi, dülgər, qənnadçı, mebel quraşdırıcısı və s. peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edib. Peşə hazırlığı və əlavə təhsil kurslarını bitirən şəxslərin yiyələndikləri peşələr üzrə münasib iş yerləri ilə təmin olunması üçün müvafiq işlər də görülüb.

Bundan başqa, yanvar-sentyabr aylarında Bakı, Sumqayıt, Gəncə, Mingəçevir şəhərlərindəki “Əmək Birjaları” vasitəsilə 3089 nəfər müvəqqəti xarakterli işlərlə təmin olunub. Onların 1675 nəfərini qadınlar təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 428

Oxşar yazılar