“Dərman vasitələrinin keyfiyyətinin yoxlanılması laboratoriyası tərəfindən il ərzində 28000-ə yaxın dərman vasitəsinin analizi aparılıb”.
Lent.az-ın məlumatına görə, bunu laboratoriyanın müdiri Polad Hacıbalayev deyib. P. Hacıbalayevin sözlərinə görə, bunlardan 15000-dən çox dərman vasitəsi müsbət qiymətləndirilib: “5 adda dərman vasitəsinin keyfiyyət göstəriciləri dövlət qeydiyyatı zamanı təsdiqlənmiş normativ sənədlərə uyğun olmadığına görə idxalına və istifadəsinə icazə verilməyib. Bu da öz növbəsində 33534 ədəd qablaşdırma deməkdir".
“Həmçinin, Laboratoriyanın AZS/İSO/İEC 17025-2015 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartının tələblərinə uyğun olaraq akkreditasiyası üçün lazım olan sənədlər hazırlanıb və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim edilib.