Millət vəkili Qənirə Paşayeva MM-də hökuməti 1-ci qrup əlillərə verilən müavinətləri ən azı yaşayış minimumuna çatdırılmasına çağırıb.
Bu gün Milli Məclisdə hökumət üzvlərinin iştirakı ilə keçirilən gələn ilin büdcə müzakirələri zamanı, "Azərbaycan Respublikası 2016-cı ilin yaşayış minimumu haqqında" qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Qənirə Paşayeva 1-ci qrup əlillərin üzləşdiyi problemlər, çətinliklər barədə geniş danışaraq hökuməti 1-ci qrup əlillərə verilən müavinətləri ən azı yaşayış münimumuna çatdırılmasına çağırıb. Məlum olduğu kimi, 1-ci qrup uşaqlıqdan əlillərə, eləcə də 1-ci qrup əmək stajı olmayan ümumi səbəbdən əlillərə verilən müavinətin məbləği yaşayış minimumundan çox aşağıdır deyən millət vəkili Qənirə Paşayeva bidirib ki, 1-ci qrup əlillər ağır xəstəliklərdən əziyyət şəkən əlillərdir, iş imkanları yoxdur, ailədə bir nəfər davamlı olaraq işə getmədən onlara baxmaq məcburiyyətindədir ki, onlara da bunun üçün müavinət ödənilməsi məsələsi hələlik öz həllini tapmayıb. Bütün bunları nəzərə alaraq 1-ci qrup əlillərə verilən müavinətlərin artırılmasına ciddi ehtiyac var deyən millət vəkili Qənirə Paşayeva bununla bağlı 1-ci qrup əlillərin millət vəkillərinə müraciət etdiyini, bölgələrdə seçicilərlə görüşlərdə məsələ qaldırdıqlarını vurğulayıb və bu qrup insanların vəziyyəti doğurdan da çətindir və hökumətdən xahiş edirik ki, onların müavinətlərinin ən azı yaşayış minimumuma çatdırılması məsələsinə baxsınlar və həllinə kömək etsinlər deyib.