AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərli öz xahişi ilə tutduğu vəzifədən azad olunub. Lent.az-ın məlumatına görə, bu haqda qərar AMEA Rəyasət Heyətinin bugünkü iclasında qəbul olunub.
AMEA Rəyasət Heyətinin digər qərarı ilə isə tibb elmlər üzrə fəlsəfə doktoru Leyla İmanova AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru vəzifəsini icra edən təyin olunub.