Azərbaycanla Özbəkistan fövqəladə halların aradan qaldırılmasında əməkdaşlıq edəcək
12 oktyabr 2015 19:32 (UTC +04:00)

Azərbaycanla Özbəkistan fövqəladə halların aradan qaldırılmasında əməkdaşlıq edəcək

Azərbaycanla Özbəkistan arasında fövqəladə halların aradan qaldırılması sahəsində əməkdaşlığı nəzərdə tutan saziş təsdiqlənib. APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev 2015-ci il mayın 19-da Daşkənd şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” sazişin təsdiq edilməsi barədə qanun imzalayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 267

Oxşar yazılar