"Bakı tikinti materialları” 2000 manat cərimələndi
15 oktyabr 2015 12:41 (UTC +04:00)

"Bakı tikinti materialları” 2000 manat cərimələndi

“Bakı tikinti materialları” ASC-nin kərpic istehsalı zavodunun ərazisinin zibilxanaya çevrilməsi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olmuş şikayət Nazirliyin əməkdaşları tərəfindən araşdırılıb.

 

ETSN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, araşdırma zamanı zavodun hazırda fəaliyyət göstərmədiyi, bu ilin əvvəlindən hazırkı dövrədək üç ay fasilələrlə işlədiyi müəyyən edilib. 
Baxış zamanı ərazinin məişət tullantıları poliqonuna çevrildiyi və zavodun ərazisinin ayrı-ayrı yerlərində məişət tullantılarının pərakəndə şəkildə qalaqlanması və yandırılması halları da müşahidə olunub. 

Faktla əlaqədar Nazirliyin əməkdaşları tərəfindən qanunamüvafiq qaydada protokol tərtib olunaraq “Bakı tikinti materialları” ASC-nin nümayəndəsi vəzifəli şəxs qismində 2000 manat məbləğində cərimə edilib.

Eyni zamanda, tullantıların yük maşınları ilə zavodun ərazisinə daşınması halları da müşahidə olunub. Sürücülər ETSN-nin əməkdaşları tərəfindən saxlanılıb, lakin qanun pozucuları sənəd təqdim etmədən ərazini tərk ediblər. Faktla əlaqədar Baş Dövlət Yol Polis İdarəsinə göndərilmiş sorğu nəticəsində həmin sürücülərin şəxsiyyəti müəyyən edilərək barələrində qanunamüvafiq protokol tərtib olunub.

 Belə ki, 2 qanun pozucusu hüquqi şəxs qismində hər biri 9000 manat, 24 nəfər isə fiziki şəxs qismində hər biri 800 manat olmaqla, ümumilikdə 37200 manat məbləğində cərimə edilib. 

Qeyd olunanlarla yanaşı, zavodun ərazisində tikinti materiallarının satışı bazarının qanunsuz fəaliyyət göstərdiyi də məlum olub. Araşdırma zamanı bazarın fəaliyyət göstərməsi üçün Qaraçuxur Bələdiyyəsi ilə fiziki şəxs arasında bağlanmış müqavilənin müddətinin 2014-cü ilin sonunda bitdiyi məlum olub. Bununla əlaqədar sözügedən bazarın zavodun ərazisindən çıxarılaraq başqa əraziyə köçürülməsi barədə ETSN tərəfindən Suraxanı rayon İcra Hakimiyyətinə, “Bakı tikinti materialları” ASC-yə və Qaraçuxur Bələdiyyəsinə məktub göndərilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 187

Oxşar yazılar

Bağçalara qəbul başladı

Bağçalara qəbul başladı

18 iyul 2025 , 11:20
Qusara yeni prokuror  təyin olundu

Qusara yeni prokuror təyin olundu

18 iyul 2025 , 10:46
Bakının 3 rayonu bu gün qazsız qalacaq

Bakının 3 rayonu bu gün qazsız qalacaq

18 iyul 2025 , 09:47
Böyük irəliləyiş astanasında olan  BÜRCLƏR

Böyük irəliləyiş astanasında olan BÜRCLƏR

18 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

18 iyul 2025 , 08:45
1000  qadınla yatıb:   Vəhşi həyatından niyə imtina etdi?

1000 qadınla yatıb: Vəhşi həyatından niyə imtina etdi?

17 iyul 2025 , 19:59
Sabahın  isti diskomfort   havası ilə bağlı XƏBƏRDARLIQ

Sabahın isti diskomfort havası ilə bağlı XƏBƏRDARLIQ

17 iyul 2025 , 19:07
II və III ixtisas qrupları üzrə imtahanın NƏTİCƏSİ

II və III ixtisas qrupları üzrə imtahanın NƏTİCƏSİ

17 iyul 2025 , 19:06